DİQQƏT: Azərbaycanda ətin qiyməti bahalaşa bilər – Açıqlama


ABŞ-da ətin qiyməti rekord səviyyəyə qalxdığı üçün hamburgerlərin çəkisi azaldılır. Bu fonda Azərbaycanda fəaliyyət göstərən bir çox “fast food” şəbəkələrində istifadə olunan ətlər müzakirəyə çıxarılıb. Bildirilir ki, xüsusən dana və toyuq əti məhsulları dondurulmuş halda xaricdən – Braziliya, ABŞ, Ukrayna, Rusiya, Belarus, Polşa, Hindistan və Türkiyədən idxal olunur.

Belə bir vəziyyətdə ölkəmizdə həmin ətlərin qiymətinin bahalaşması və bunun “fast food” məhsullarına təsir göstərməsi gözlənilirmi?

Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanda son 10 ildə ətin qiyməti iki dəfədən çox artıb:

“Bu, ciddi göstəricidir. Ona görə də ölkəmizdə qiymətlərin artması gözləniləndir. Səbəb isə uzun illər dünyada aparılan səhv siyasətdir. Təxminən 20 ilə yaxındır, mal-qara, xüsusilə də heyvandarlığın ekoloji baxımdan zərərli fəaliyyət sahəsi olduğu istiqamətində fikirlər səsləndirilir. Avstraliyada, Yeni Zelandiyada atmosferə ziyan vurduğuna görə iribuynuzlu və xırdabuynuzlu mal-qaranın sayı xeyli azaldıldı. Kanadada da bu tendensiya müşahidə olundu. Nəticə olaraq, dünyada əhalinin artması, mal-qaranın sayının azalması qiymətlərin bahalaşmasına yol açdı”.

natiq ceferli real 1

Natiq Cəfərli

İqtisadçı əlavə edib ki, “fast food” restoranlar şəbəkələrində də vəziyyət eynidir:

“Bu dalğa Azərbaycana da çatacaq və ölkəmizdə qiymət artımı təəssüf ki, qaçılmaz olacaq”.


MANŞET XƏBƏRLƏRİ