Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda dövlət başçısına suallar vermək imkanı qazanan iştirakçıları ilə ənənəvi görüşünün həyəcanı dünya ictimaiyyəti üçün bir neçə gündür səngimir. Bəli, məhz dünya ictimaiyyəti üçün!
Axı Prezident İlham Əliyevin həmin forumun iştirakçıları qarşısında çıxışına reaksiyalar həm Kremldən, həm də Ağ Evdən gəldi, internet və sosial şəbəkələr ekspertlərin qiymətləndirmələri və şərhləri ilə dolub-daşdı.
Bu barədə "Caliber"in "YouTube kanalının yeni buraxılışında bəhs edilir.
"Məlum səbəblərdən ən yüksək rezonans Rusiya və Ukrayna media məkanında qeydə alınıb, çünki bu iki ölkədə bütün diqqətlər prezidentin məşhur ukraynalı jurnalist Dmitri Qordonun səsləndirdiyi suala cavabına, eləcə də digər ukraynalı jurnalist Alyona Qurbanovanın Ukraya hərbçilərinin şevronlar kolleksiyasını təqdim etdiyi qısa kadrlara yönəlib. Bu iki epizod Rusiya və Ukraynada tamamilə əks qiymətlər aldı" , - deyə materialda bildirilir.
Ətraflı süjetdə:
/Oxu.Az/