Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyadadır.
Turkustan.az xəbər verir ki, o, Rusiyanın Altay Respublikasında keçiriləcək “Təbiət və ətraf mühitin mühafizəsi” mövzusuna həsr olunmuş beynəlxalq konfransda iştirak edəcək.
“Onu həyat yoldaşı və kiçik qızı müşayiət edir. Paşinyanı hava limanında Altay Respublikasının başçısı Andrey Turçak, baş nazir Aleksandr Prokovev və Qornı Altayın meri Olqa Safronova qarşılayıblar. Səfər çərçivəsində baş nazir Paşinyanın Rusiyanın Baş naziri Mixail Mişustinlə ikitərəfli görüşü olacaq”, – deyə erməni mediasında qeyd olunub.
Məlumata görə, səfər iki gün davam edəcək. /globalinfo.az/