İsrailin ifrat sağçı naziri: "Bütün Qəzzanı yəhudiləşdirəcəklər"


İsrailin ifrat sağçı İrs naziri Eliyahu Təl-Əviv hökumətinin Qəzza zolağının məhv edilməsinə çalışdığını, fələstinliləri ərazidən qovacaqlarını, oranı məskunlaşanlarla dolduracaqlarını və “bütün Qəzzanı yəhudiləşdirəcəklərini” iddia edib.

Turkustan.az xəbər verir ki, İsrailin ifrat sağçı İrs naziri Amichai Eliyahu iddia edib ki, Təl-Əviv hökuməti Qəzza zolağının məhv edilməsinə, fələstinliləri ərazidən qovmağa, onu məskunlaşanlarla doldurmağa və “bütün Qəzzanı yəhudiləşdirməyə” çalışır .

Eliyahu yerli radiostansiyalardan birində iştirak etdiyi proqram zamanı mövcud vəziyyəti dəyərləndirib.

Daha əvvəl Qəzzaya atom bombası atmağın "seçimləri arasında" olduğunu bildirən Eliyahu, İsrail hökumətinin Qəzzanı məhv etmək üçün çalışdığını bildirib.

Bölgədəki fələstinlilərin başqa ölkələrə sürgün ediləcəyi və yəhudilərin Qəzzaya yerləşdiriləcəyi ilə bağlı xəbərlərə toxunan Eliyahu, "Bütün Qəzzə yəhudi olacaq" şərhini verib.

İsrailli nazirlər və parlament üzvləri tez-tez Qəzza zolağının bütünlüklə işğal ediləcəyini və oradakı fələstinlilərin başqa ölkələrə deportasiya ediləcəyini bildirirlər.

İsrail parlamentində bu həftə bəzi ifrat sağçı nazir və millət vəkillərinin də qatıldığı toplantıda fələstinlilərin Qəzzadan başqa ölkələrə deportasiyası və orada qeyri-qanuni yaşayış məskənlərinin salınması müzakirə edilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ