Dünyada koronavirusa yoluxma hallarına az da olsa rast gəlinir. Azərbaycanda isə COVID-19 səbəbi ilə xüsusi karantin rejimi davam edir.
Hazırda virus pandemiya şəraiti yaratmadığı üçün hər gün yoluxma və ölüm halı izlənilmir. Lakin müəyyən şəxslər özlərindəki simptomların koronavisun müxtəlif ştamlarına aid edib, həkimə müraciət edirlər.
Xatırladaq ki, bir neçə ay öncə kənd təsərüfatı naziri Məcnun Məmmədov da koronavirusa yoluxmuşdu.
Bəs hazırda durum necədir? Həkimlərə müraciət edənlər arasında kornavirusa yoluxanlar varmı?
Mövzu barədə Bizim.Media-ya danışan terapevt Rasif Bağırov deyib ki, yoluxma nadir hallarda baş verir:
“Öz təcrübəmdən istifadə edərək deyə bilərəm ki, son aylarda bizə müraciət edənlər arasında koronavirusa yoluxanlara rast gəlinməyib. Ümuiyyətlə, COVID-19-a yoluxma halları nadir hallarda baş verib”.