İsrail Livan ordusunun yerləşdiyi əraziyə zərbələr endirdi


İsrail ordusunun sərhəddə keşik çəkən Livan hərbi maşınının yaxınlığında atəş açdığı bildirilib.

Turkustan.az xəbər verir ki, İsrail ordusu sərhəddəki Əl-Abad hərbi məntəqəsindən Livanın Hunin qəsəbəsində hərbi maşının patrul xidməti apardığı əraziyə atəş açıb.

Hücumun Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Sülh Qüvvələrinin (UNIFIL) hərbi məntəqəsinin yaxınlığında həyata keçirildiyi bildirilib və hadisədə can itkisi və maddi itki olmadığı qeyd edilib.

Oktyabrın 8-dən İsrail ordusu ilə Hizbullah arasında baş verən qarşıdurmalarda 86 Hizbullah üzvü və 6 İsrail əsgəri həlak olub.

İsrail və HƏMAS-ın noyabrın 24-də əldə etdiyi “humanitar fasilədən” sonra İsraillə Hizbullah arasında toqquşmalar əhəmiyyətli dərəcədə azalıb.

Eltac/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ