Baydendən İsrailə HƏMAS mesaj: “Müharibə davam etməməlidir”


Əvvəlki açıqlamalarında tam atəşkəsin HƏMAS-a fayda verəcəyini ifadə edən ABŞ prezidenti Bayden, “Mübarizəni davam etdirmək HƏMAS-a istədiyini vermək olardı” deyib.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden X sosial media platformasında verdiyi açıqlamada, İsraildən bəhs etmədən döyüşməyə və öldürməyə davam etməyin HƏMAS-a istədiyini vermək olacağını bildirib.

Bayden, "Həmas terror hücumu həyata keçirdi, çünki israillilər və fələstinlilərin sülh içində yan-yana yaşaması qədər qorxduğu heç nə yoxdur. Terrorun, zorakılığın, qətllərin və müharibənin davam etməsi HƏMAS-a istədiyini verəcək. Biz bunu edə bilmərik”.

Baydenin bu bəyanatı Qəzza ilə bağlı əvvəlki açıqlamalarından daha yumşaq bir bəyanat kimi seçilir.

Ağ Ev daha əvvəl bəyan etmişdi ki, daimi atəşkəs yalnız HƏMAS-ı gücləndirəcək.

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi də bildirib ki, fələstinlilərin əksəriyyəti Qəzzanın cənubuna sığındığından, İsrailin indi Qəzzanın cənubundakı günahsız insanları qorumaq üçün daha böyük məsuliyyəti var.

Eltac/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ