Uzunluğu 40-54 sm civarında, çəkisi 2,5-5 kq arasında olan quokkalar saatda 32 km sürətə çata bilir. Dünyanın ən xoşbəxt heyvanları kimi tanınan Quokkaları görənlər gülməkdən saxlaya bilmirlər.
Yumru və tüklü canlıların ömrü 5-10 il arasında dəyişir. Onların quyruqlarının uzunluğu 25-31 sm arasında dəyişə bilər. Kenquru növü olan quokkalar yemək axtararkən 1,5 m yüksəkliyə qalxa bilirlər.
Onlar adətən Rottnest adasında və Avstraliyanın qərbindəki ətraf ərazilərdə görülür. Müsbət və mehriban üz ifadələri onları dünyanın ən xoşbəxt heyvanları kimi tanıdıb....
Şən insanlarla qarşılaşan Quokkas foto çəkdirməyi və poza verməyi çox sevir. Xoşbəxt bir ifadəyə sahib olmalarının səbəbi, çıxıntılı üz cizgilərinə və ön dişlərinin yaratdığı sevimli xüsusiyyətlərinə sahib olmalarıdır.
2013-cü ildə növlərin canlandırılması planı həyata keçirilməyə başlandı. Onların yaşayış yerləri tülkü və vəhşi pişik kimi bir çox yırtıcıdan qorunurdu.
Bundan əlavə, qlobal istiləşmə növlərin yaşayış yerini təhdid edən başqa bir amildir. 1996-cı ildən bəri quokkalar "nəsli kəsilmək üzrə olan və ya nadir heyvanlar" siyahısına salınıb.


Eltac/Turkustan.az