Rusiya Kiyevdə hərbi sənaye obyektlərini və körpünü vurdu


Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevdə hərbi sənaye obyektlərinə və Cənub (Yujnı) körpüsünə zərbələr endirib.

Turkustan.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, Rusiya ordusu gecə saatlarında Ukraynadakı hədəflərə yüksək dəqiqlikli yerüstü silahlardan və pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməklə intensiv hücumlar həyata keçirib.

Bəyanatda bildirilib ki, hücumlar zamanı Kiyevdə yerləşən Antonov Aviasiya Zavodu hədəfə alınıb. Rusiya tərəfi zavodda uzun və orta mənzilli dronların, FP-5 “Flamingo” qanadlı raketlərinin və FP-9 əməliyyat-taktiki raketlərinin istehsal edildiyini iddia edib.

Bundan əlavə, şəhərdə pilotsuz uçuş aparatları və sursat istehsal edən müəssisələrin, eləcə də dron anbarlarının vurulduğu qeyd olunub.

Rusiya Müdafiə Nazirliyi avtomobil və dəmir yolu ilə hərbi yüklərin daşınmasında istifadə edildiyini iddia etdiyi Kiyevdəki Cənub körpüsünün də hücuma məruz qaldığını bildirib.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ