İsrail Suriyadakı BMT qüvvələrinə qarşı müdaxilə etdi


İsrail ordusu Suriyanın Quneytra əyalətində BMT-nin Ayrılma Müşahidəçi Qüvvələrinin (UNDOF) patrul xidməti aparmasına icazə verməyib.

Turkustan.az xəbər verir ki, məlumatlara görə, İsrail qüvvələri çoxsaylı hərbi texnika ilə Quneytra vilayətinin Terence kəndinə basqın edib. Ərazidə sülhməramlıların monitorinq aparmasının qarşısını alan İsrail hərbçiləri, həmçinin kənddən bir mülki şəxsi qaçırıblar.

Qeyd edək ki, Suriyada Əsəd rejiminin devrilməsindən sonra keən bir il ərzində İsrail ordusu Quneytra və Dəra əyalətlərində 9 hərbi baza quraraq təxminən 12 000 akr ərazini nəzarətə götürüb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ