Ermənistanın Baş naziri Nikol Paşinyan parlament müxalifətinə yeni Konstitusiyanın qəbulu üzrə referendumun keçirilməsi üçün lazım olan 6 səsi verməyi təklif edib.
Turkustan.az xəbər verir ki, Paşinyan referendumun nəticəsindən asılı olaraq atacağı addımları da açıqlayıb.
“Təklif edirəm ki, müxalifət lazım olan 6 səsi təmin etsin və biz yeni Konstitusiyanın qəbulu üçün referenduma gedək.
Rəsmi şəkildə bildirirəm ki, xalq referendumda əleyhinə səs verərsə, rəsmi nəticələr açıqlandıqdan sonra bir həftə ərzində istefa verəcəyəm.
Xalq lehinə səs verərsə, qarşıdakı seçkilər növbəli və ya növbədənkənar olmasından asılı olmayaraq, baş nazir vəzifəsinə namizədliyimi irəli sürməyəcəyəm”, – Paşinyan bildirib./Modern.az