Çinə səfəri zamanı Trampı “Qiyamət günü təyyarəsi” müşayiət edib


ABŞ-nin “Qiyamət günü təyyarəsi” kimi tanınan “E-4B Nightwatch” təyyarəsi Prezident Donald Trampın Çinə səfəri və ABŞ-yə qayıdışı zamanı onun təyyarəsini müşayiət edib.

Turkustan.az xəbər verir ki, bu barədə “The War Zone” (TWZ) portalı məlumat yayıb.

Nəşrin məlumatına görə, səfərdə ABŞ Hərbi Hava Qüvvələrinin sərəncamında olan və “Air Force One” funksiyasını yerinə yetirən hər üç “Boeing 747” təyyarəsi iştirak edib. Bunlar iki köhnə VC-25A və əvvəllər Qətərə məxsus olmuş, sonradan “Bridge” adlandırılan yeni VC-25B təyyarəsi olub.

Bundan əlavə, qrupu daha bir xüsusi təyinatlı “Boeing 747” – “E-4B Nightwatch” müşayiət edib. Bu təyyarə tez-tez “Qiyamət günü təyyarəsi” adlandırılır.

TWZ-nin məlumatına görə, Tramp noyabrın 16-da Vaşinqton yaxınlığındakı Endryus aviabazasından yola düşüb. O, Filippində qısa müddətə dayandıqdan sonra Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak etmək üçün Çinin Şençjen şəhərinə gəlib.

Bu müddətdə E-4B təyyarəsi Nebraskadan Yaponiyanın Okinava adasındakı ABŞ-yə məxsus Kadena aviabazasına köçürülüb. Daha sonra təyyarə Trampın Çindən ABŞ-yə qayıdışı zamanı prezident təyyarələrini müşayiət etmək üçün havaya qalxıb. /yeniavaz.com/az


MANŞET XƏBƏRLƏRİ