Suriyanın Tartus əyalətinin kənd ərazisində patrul qrupuna edilən silahlı hücum nəticəsində bir təhlükəsizlik əməkdaşı həlak olub, dörd nəfər yaralanıb.
Turkustan.az xəbər verir ki, Suriya Daxili İşlər Nazirliyinin məlumatına görə, nazirliyə məxsus patrul qrupu naməlum silahlı şəxslərin hücumuna məruz qalıb. Hadisədən sonra ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib, faktla bağlı araşdırma aparılır.
Aytən Yaşar/ Turkustan.az