Demokratlar Alyaskada da qalib gəldi: Senatda 56 yer qazandılar


Noyabrın 3-də keçirilən ABŞ ara seçkilərinin nəticələrini açıqlayan sonuncu ştat Alyaska olub.

Turkustan.az xəbər verir ki, burada Demokrat namizəd Meri Peltola iki müddət senator vəzifəsində çalışmış Respublikaçı Den Sallivanı məğlub edib.

Peltola səslərin 49,5 faizini toplayaraq birinci, Sallivan isə 41,4 faizlə üçüncü yeri tutub.

Bu qələbə ABŞ Prezidenti Donald Trampın əvvəlki seçkilərdə böyük fərqlə qalib gəldiyi Alyaskada diqqətçəkən siyasi dəyişiklik kimi qiymətləndirilir.

Alyaskadakı nəticələr bu il keçirilən ara seçkilər çərçivəsində Senat uğrunda mübarizəni yekunlaşdırıb. Beləliklə, Demokratlar Senatda 56 yer qazanaraq Respublikaçılara nisbətən doqquz yer üstünlük əldə edib və palatada nəzarəti bərpa ediblər.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ