Körfəzdə gərginlik: Küveyt və Bəhreyndən təhlükəsizlik xəbərdarlığı


Küveytdə hava hücumundan müdafiə sistemləri pilotsuz uçuş aparatlarının hücumlarını dəf etməyə çalışır.

Turkustan.az xəbər verir ki, Küveyt ordusu bu barədə “X” sosial şəbəkəsindəki rəsmi hesabında məlumat yayıb.

Bəyanatda bildirilib ki, ölkənin hava hücumundan müdafiə sistemləri PUA hücumlarının qarşısını almaq üçün fəaliyyət göstərir. Eşidilən partlayış səslərinin isə hava hücumundan müdafiə sistemlərinin “düşmən hücumlarını” dəf etməsi ilə bağlı olduğu qeyd edilib.

Hücumların mənbəyi və xarakteri barədə ətraflı məlumat verilməyib. Küveyt ordusu vətəndaşları təhlükəsizlik və mühafizə qaydalarına əməl etməyə çağırıb.

Bu arada, Bəhreyn Daxili İşlər Nazirliyi də mövcud təhlükə xəbərdarlığı ilə əlaqədar əhaliyə müraciət edib. Vətəndaşlardan sakitliyi qorumaq və ən yaxın təhlükəsiz yerə keçmək xahiş olunub.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ