Hatəmi: ABŞ qüvvələri İrana qarşı hazırlıq görür


İran Ordusunun Baş Qərargah rəisi, general-mayor Əmir Hatəmi ABŞ-ın bölgəyə yeni təyyarədaşıyan gəmi göndərməklə qüvvələrini İrana qarşı hazırladığını bildirib.

Turkustan.az xəbər verir ki, , İranın ABŞ ordusunun bütün hərəkətlərini izlədiyini və mümkün yeni hücuma əvvəlkindən daha sərt cavab verəcəyini vurğulayıb.

İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Hatəmi bu barədə Tehranda Müdafiə və Müqavimət Əsərlərinin Qorunması və Yayılması Fondu tərəfindən təşkil edilən sərgini ziyarəti zamanı danışıb.

General ABŞ ordusunun bölgəyə yeni hərbi gəmi göndərdiyini və qüvvələrini hazırladığını qeyd edib.

“Bugünkü vəziyyətə baxdıqda, düşmənin qüvvələrini hazırladığını və bölgəyə yeni təyyarədaşıyan gəminin gəldiyini görürük. Düşmənin hərəkətlərini diqqətlə izləyirik və hazırlıqlarımızı bir an belə dayandırmırıq”, – deyə, Hatəmi bildirib.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ