Vatikan dövlətinin başçısı Papa XIV Leo Perunun paytaxtı Limada ictimaiyyəti salamladığı zaman naməlum əşyanın üzünə dəyməsi ilə bağlı insident yaşanıb.
Turkustan.az xəbər verir ki, hadisə papanın Las Palmas Hərbi Hava Bazasında şəxsi avtomobili ilə hərəkət etdiyi zaman baş verib.
Papanın marşrutunu izləyən media orqanlarının yaydığı və sosial şəbəkələrdə paylaşılan görüntülərdə onun üzünə dəyən əşyadan sonra ağrı hiss edərək əlini üzünə apardığı görünür. Buna baxmayaraq, avtomobil hərəkətini dayandırmayıb.
Hadisə nəticəsində Papa XIV Leonun xəsarət alıb-almadığı barədə hələlik rəsmi məlumat verilməyib.
İnsidentə baxmayaraq, Papa izdihamı salamlamasını davam etdirib. O, marşrut boyunca bir neçə metr irəlidə ərazidə toplaşan insanların ona uzatdığı körpəni də qucağına alıb.
Daha sonra XIV Leo Cənubi Amerikaya səfərinin başa çatması münasibətilə keçirilən dini mərasimə rəhbərlik etmək üçün qurbangaha yollanıb.
Aytən Yaşar/Turkustan.az