Yaponiya Rusiyaya məxsus olduğu ehtimal edilən iki təyyarənin ölkənin hava məkanını pozduğunu açıqlayıb. Hadisədən sonra Tokio hökuməti Moskvaya etiraz notası göndərib.
Turkustan.az xəbər verir ki, “Kyodo” agentliyinin məlumatına görə, Yaponiya Müdafiə Nazirliyi Rusiyaya məxsus olduğu ehtimal edilən iki təyyarənin Fukuoka prefekturasının sahilləri yaxınlığında ölkənin hava məkanına daxil olduğunu bildirib.
Nazirliyin açıqlamasında qeyd olunub ki, Okinoşima adasının şimal-qərbindəki ərazi üzərində baş verən hava məkanı pozuntularının hər biri təxminən üç dəqiqə davam edib.
Hadisə ilə əlaqədar Yaponiya Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri havaya qaldırılıb və şübhəli təyyarələrə radio vasitəsilə xəbərdarlıq edilib.
Tokio hökuməti insidentlə bağlı Moskvaya rəsmi etiraz notası təqdim edib.
Aytən Yaşar/Turkustan.az