Britaniyanın “The Economist” jurnalı ənənəvi illik buraxılışında 2027-ci ildə dünyada baş verə biləcək əsas hadisələrlə bağlı proqnozlarını açıqlayıb.
Turkustan.az xəbər verir ki, jurnalın ekspertləri beynəlxalq siyasətdə Donald Tramp dövrünün sonunun yaxınlaşacağını, ABŞ prezidentinin isə daha aqressiv addımlar atacağını, o cümlədən yeni hərbi avantüralara əl ata biləcəyini proqnozlaşdırıblar.
Proqnozda Çinin 2027-ci ildə Tayvana qarşı güc tətbiq etməyə hazırlaşdığı da qeyd olunub. Fransada Marin Le Penin prezident seçkilərində mümkün qələbəsi isə Avropa İttifaqı üçün ciddi sarsıntı kimi qiymətləndirilib.
İqtisadi sahədə ekspertlər genişmiqyaslı qlobal borc böhranı təhlükəsinə diqqət çəkiblər. İnkişaf etmiş ölkələrin qazandıqlarından daha çox xərcləməsi bu riskin əsas səbəblərindən biri kimi göstərilib. Süni intellekt bazarında da texnologiya şirkətlərinin getdikcə daha çox borclanması fonunda mövcud maliyyə köpüyünün partlaya biləcəyi ehtimal edilib.
Jurnalın iqlimlə bağlı proqnozunda 2027-ci ilin tarixdə ən isti il ola biləcəyi bildirilib. Bu isə meşə yanğınları, quraqlıqlar və ekstremal temperatur göstəriciləri ilə müşayiət oluna bilər.
Tibb və biotexnologiya sahəsində isə arıqlama dərmanlarının populyarlığının artacağı, eləcə də qocalma prosesini ləngidən preparatların hazırlanacağı gözlənilir./publika.az