Serbiya Silahlı Qüvvələrinə məxsus MiQ-29 qırıcı təyyarəsi paytaxt Belqradın şimal-qərbində qəzaya uğrayıb. Hadisə nəticəsində pilot həlak olub.
Turkustan.az xəbər verir ki, qəza Belqradın şimal-qərbində, Stara Pazova və Nova Pazova yaşayış məntəqələri arasında baş verib.
Qəzadan sonra təyyarə alovlanıb və hadisə yerindən səmaya qatı qara tüstü yüksəlib. Serbiya Radio və Televiziyası (RTS) təyyarənin pilotunun həlak olduğunu bildirib.
Hadisə yerinə təcili tibbi yardım briqadaları, polis, hərbi polis və yanğınsöndürənlər cəlb olunub. Serbiya Silahlı Qüvvələrinin hərbçiləri də ərazidə fəaliyyət göstərirlər.
Sosial şəbəkələrdə yayılan görüntülərdə təyyarənin qalıqlarının tamamilə yandığı və qəza yerindən qatı tüstünün yüksəldiyi görünür.
Aytən Yaşar/Turkustan.az