ABŞ kəşfiyyatının İranla bağlı hazırladığı son hesabat Vaşinqtonda ciddi narahatlığa səbəb olub.
Turkustan.az xəbər verir ki, kəşfiyyat məlumatlarına əsasən, Tehran "çirkli bombalar" və ya kimyəvi silahlardan istifadə etməklə ABŞ paytaxtında hücumlar təşkil etməyi planlaşdırır.
"CNN International"ın yeddi ABŞ rəsmisinə istinadən yaydığı məlumata görə, potensial hücumların əsas hədəfi Tramp administrasiyasının yüksək vəzifəli şəxsləri ola bilər.
Mənbələr bildirirlər ki, kəşfiyyatın əldə etdiyi planda konkret məkanlar və hədəflər yer alıb və Tehran mümkün hücumlar üçün alternativ ssenarilərini genişləndirməyə çalışır.
Bu hesabatdan sonra ABŞ-da təhlükəsizlik tədbirləri maksimum səviyyədə gücləndirilib, aidiyyəti qurumlar isə mümkün təhdidlərin qarşısını almaq üçün xüsusi ehtiyat planları hazırlayıb.
Aytən Yaşar/ Turkustan.az