Trampın seçicilərinin 35 faizi seçkiyə getmədi - ŞOK HESABAT


2024-cü il prezident seçkilərində ABŞ Prezidenti Donald Trampı dəstəkləyən seçicilərin 35 faizinin noyabrın 3-də keçirilən aralıq seçkilərdə səsverməyə qatılmadığı məlum olub.

Turkustan.az xəbər verir ki, ictimai rəy araşdırmaları şirkəti JL Partners noyabrın 3-də keçirilən aralıq seçkilərlə bağlı hesabat dərc edib.

Hesabatda qeyd olunub ki, seçici fəallığının aşağı olması, xüsusilə ali təhsili olmayanlar, kənd yerlərində yaşayanlar və təqaüdçülər arasında müşahidə edilən passivlik Respublikaçıların seçkilərdə məğlubiyyətində həlledici amillərdən biri olub.

Seçki günü 1000 qeydiyyatdan keçmiş seçici, kampaniya müddətində isə 30 mindən çox insan arasında aparılan sorğuların nəticələrinə əsasən, 2024-cü ildə Trampa səs verənlərin 35 faizi 3 noyabrda keçirilən aralıq seçkilərdə iştirak etməyib.

Hesabatda bildirilir ki, 2024-cü ildə Trampı dəstəkləyən ali təhsili olmayan seçicilərin 46 faizi, kənd yerlərində yaşayanların 39 faizi, 65 yaşdan yuxarı şəxslərin isə 44 faizi son seçkilərdə səsverməyə qatılmayıb.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ