İndoneziyanın Tual şəhərindən 148 kilometr cənub-qərbdə 6,6 maqnitudalı zəlzələ baş verib.
Turkustan.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, yeraltı təkanların ocağı 68 kilometr dərinlikdə yerləşib.
Xəbərdə bildirilir ki, sunami təhlükəsi elan edilməyib, hələlik tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.
Aytən Yaşar/ Turkustan.az