ABŞ Dövlət katibi Marko Rubio Pakistanın Əfqanıstan ərazisindən qaynaqlanan terror hücumları ilə bağlı narahatlıqlarından xəbərdar olduqlarını və Vaşinqtonun bu məsələdə faydalı rol oynamağa hazır olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, Rubio Atlantada keçirilən G20 Xarici İşlər Nazirlərinin Görüşü çərçivəsində təşkil olunan mətbuat konfransında Pakistan-Əfqanıstan münasibətlərinə dair açıqlama verib.
O bildirib ki, Pakistan Əfqanıstan ərazisindən dəstəklənən terror hücumlarından və Əfqanıstan hökumətinin bu hücumların qarşısını almaq üçün kifayət qədər səy göstərməməsindən narahatdır.
“Biz Pakistanın terrorizmin hədəfinə çevrilməsini istəmirik. Buna görə də, əgər bu məsələdə oynaya biləcəyimiz faydalı bir rol varsa, üzərimizə düşəni etməyə hazırıq”, – deyə Rubio vurğulayıb.
Dövlət katibi qeyd edib ki, ABŞ-ın Əfqanıstan hökuməti ilə sıx münasibətləri olmasa da, Vaşinqton Pakistanın narahatlıqlarından xəbərdardır və terrorizmə qarşı mövqedədir.
Aytən Yaşar/ Turkustan.az