Bosniyada helikopteri qəzası: 4 ölü, 11 yaralı


Avropa İttifaqının Bosniya və Herseqovinadakı Sülhməramlı Qüvvələr Missiyasına (EUFOR) məxsus hərbi helikopter ölkənin şimalındakı Brçko şəhərində adi təlim uçuşu zamanı qəzaya uğrayıb.

Turkustan.az xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həlak olub, 11 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Hakimiyyət orqanlarının məlumatına görə, qəzaya uğrayan vertolyotda olan hərbçilərin hamısı İtaliya vətəndaşı olub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ