Sülh sazişinin tezliklə imzalanması hökumətimizin siyasi öhdəliyidir.
Turkustan.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 22-də hökumətin iclasında bildirib.
"Biz bu sənədin imzalanmasını və təsdiqlənməsini istəyirik, çünki kommunikasiyaların təkcə iqtisadi komponenti deyil, həm də sülhü möhkəmləndirmək missiyası var", - deyə o qeyd edib.
Ermənistanın baş naziri Nikol Paşinyan da sülh müqaviləsinin mümkün qədər tez imzalanmasının vacibliyini bildirib.
O, 2031-ci ildə sülh müqaviləsinin imzalanacağı ilə bağlı dediklərini təkzib edib:
"Mən bunu 2031-ci ilə qədər bildirmişdim, yəni seçkilərdən sonrakı mandat beş il müddətinə verilib.
Amma biz prosesi təxirə salmağı planlaşdırmırıq”, - deyə Paşinyan qeyd edib./publik.az