Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan naməlum şəraitdə sərhədi keçən Azərbaycan əsgəri Nəsimi Musayevlə bağlı məslədən danışıb.
Turkustan.az xəbər verir ki, İrəvanda jurnalistlərin suallarını cavablandıran Simonyan hərbçinin təxribatçı olduğu barədə iddialarla razılaşmayıb.
Onun sözlərinə görə, azərbaycanlə əsgər sadəcə yolu azaraq tanımadığı əraziyə düşüb.
Alen Simonyan Azərbaycan tərəfinin hərbçinin itkin düşməsi barədə hələ ilkin mərhələdə məlumat verdiyini vurğulayıb.
Əsgər həqiqətən yolu azmışdısa, niyə könüllü şəkildə Ermənistan hakimiyyətinə təslim olmadığı barədə suala cavabında Ermənistan parlamentinin sədri onun sadəcə yemək axtardığını bildirib.
Simonyanın sözlərinə görə, Azərbaycan hərbçisi boş evə daxil olub, orada çörək yeyib, sonra uzanaraq yatıb. O, həmçinin hərbçinin yaralı ola biləcəyini və ya səhhətində problem yaşadığını ehtimal edib.
Simonyan hadisəni adi cinayət hüquqpozması kimi xarakterizə edib.
Xatırladaq ki, Nəsimi Musayevin sentyabrın sonunda Laçın rayonu istiqamətində xidmət yerində olmaması müəyyən edildikdən sonra onun axtarışına başlanılıb. Faktla bağlı Hərbi Prokurorluqda cinayət işi başlanıb.
Oktyabrın 1-də Nəsimi Musayev Ermənistanın Sünik vilayətinin Sisian rayonunun Şəki kəndində saxlanılıb. Ermənistan məhkəməsi istintaq altında olan əsgər barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib./modern.az