İstanbulda baş verən şiddətli yağış və daşqınları günlər əvvəldən dəqiq proqnozlaşdıran İzmir Regional Meteorologiya İdarəsinin keçmiş direktoru Murad Şahin xəritələrə əsaslanaraq daha bir kritik xəbərdarlıq edib.
Turkustan.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
“Sabah dərin bir sistem gəlir. Mövcud 100 kiloqramın üzərinə daha 100 kiloqram yağıntı əlavə olunarsa, fəlakət baş verə və insan itkisi ola bilər”, - Şahin bildirib.
O, təhlükənin hələ də keçmədiyini və əksinə, ikinci dalğa ilə daha da arta biləcəyini vurğulayıb.
Qeyd edək ki, Murad Şahin 10 oktyabrda Mərmərə, Egey və Qərbi Aralıq dənizi bölgələrində daşqın riski yaradacaq təsirli və davamlı yağışlara qarşı hazırlıq görməyi tövsiyə etmişdi./axar.az