Melonidən ABŞ-Rusiya müqaviləsinə reaksiya: “Çox risklidir”


İtaliyanın Baş naziri Giorgia Meloni ABŞ və Rusiya arasında əldə edilən dizel yanacağı müqaviləsini “çox riskli seçim” adlandırıb.

Turkustan.az xəbər verir ki, Meloni bu barədə oktyabrın 15-16-da Brüsseldə keçiriləcək Avropa İttifaqı (Aİ) Liderlər Zirvəsi ərəfəsində İtaliya parlamentinin hər iki palatasında çıxışı zamanı danışıb.

Baş nazir Senatda və Deputatlar Palatasında sammitin gündəliyindəki məsələlərə, eləcə də beynəlxalq gündəmin aktual mövzularına toxunub və parlamentarilərin suallarını cavablandırıb.

Meloni Aİ Liderlər Zirvəsində müzakirə olunacaq məsələlərdən biri olan enerji qiymətlərinin artmasının rəqabət qabiliyyətinə mənfi təsir göstərdiyini bildirib. O vurğulayıb ki, heç bir ölkə bu problemlə təkbaşına mübarizə apara bilməz və buna görə də əlaqələndirilmiş, sürətli tədbirlərin görülməsi vacibdir.

ABŞ və Rusiya arasında dizel yanacağı ilə bağlı müqaviləyə münasibət bildirən Meloni deyib: “ABŞ prezidenti Donald Trampın elan etdiyi Rusiya dizel yanacağı ilə bağlı müqaviləni çox riskli seçim hesab edirəm. Yanacaq qiymətlərinin kəskin artmasının əsas səbəbi Ukraynadakı müharibə deyil, İrandakı müharibədir”.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ