İddia: Yunanıstan İsraildən ballistik raketlər almağı planlaşdırır


Yunanıstanın İsraildən LORA ballistik raket sistemləri almağı və bu silahları birgə istehsal etməyi planlaşdırdığı iddia olunur.

Turkustan.az xəbər verir ki, “Nemesishd.gr” saytının məlumatına görə, İsrail və Yunanıstan arasında hərbi əməkdaşlıqla bağlı aparılan danışıqlarda Israel Aerospace Industries (IAI) şirkətinin istehsalı olan LORA raket sistemləri də müzakirə edilir.

Məlumata görə, Yunanıstan İsraillə əməkdaşlıq çərçivəsində bu raket sistemlərini öz ərazisində istehsal etmək niyyətindədir. Bu məsələ Yunanıstan Müdafiə Nazirliyinin və Baş Qərargahının planları arasında yer alır.

Danışıqlar başa çatdıqdan sonra LORA ballistik raket sistemlərinin qiymətinin müəyyənləşdirilməsi və Yunanıstanın satınalma prosesini davam etdirməsi gözlənilir.

Məlumatda həmçinin qeyd olunur ki, Almaniya Hərbi Dəniz Qüvvələri sentyabr ayında Şimali Atlantikada İsrail istehsalı olan LORA raket sisteminin sınaq buraxılışını uğurla həyata keçirib.

Qısa mənzilli ballistik raket kimi təsnif edilən LORA-nın uçuş məsafəsinin 500 kilometrdən çox olduğu bildirilir.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ