Hörmüz boğazında iki gəmi batdı – hücumlar intensivləşir


Oktyabrın 14-də Hörmüz boğazı yaxınlığında baş verən hücumlar nəticəsində konteyner gəmisi və quru yük gəmisi batıb.

Turkustan.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Dəniz rəsmilərinin bildirdiyinə görə, son 24 saat ərzində iki gəmi ayrı-ayrı hadisələrdə mərmilərin zərbəsinə məruz qaldıqdan sonra batıb.

Son 10 gündə Hörmüz boğazında gəmilərə hücumların sayı kəskin artıb. İran isə ABŞ-ın ötən ay limanlarına tətbiq etdiyi blokadaya və sərtləşdirilmiş sanksiyalara cavab olaraq hücumları artırdığını bildirib.

Dəniz təhlükəsizliyi mənbələrinin məlumatına görə, Sinqapur bayrağı altında üzən, 2 824 TEU tutumlu “GFS Pride” konteyner gəmisi boğazdan keçərkən batıb.

Sinqapur Dənizçilik və Liman İdarəsinin (MPA) açıqlamasında bildirilib ki, gəmi zədələndikdən sonra göyərtəsində yanğın baş verib və nəticədə batıb. Gəminin 21 nəfərlik heyəti uğurla təxliyə edilib, xəsarət alan olmayıb.

Qurumun məlumatına görə, “GFS Pride” oktyabrın 13-də Hörmüz boğazından keçib.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ