Vaşinqton Kiyevə qarşı səssiz embarqo tətbiq edir


Rusiya-Ukrayna müharibəsinin başa çatması üçün daha çox güzəştə getməli olan tərəfin Ukrayna olduğunu bildirən ABŞ Prezidenti Donald Trampın Kiyevə təzyiqləri artırdığı iddia olunur.

Turkustan.az xəbər verir ki, son günlər ABŞ-ın Ukraynaya hərbi dəstəyi ilə bağlı bir sıra addımları müzakirələrə səbəb olub.

Məlumata görə, ABŞ son iki gecə ərzində Rusiyanın ballistik raket hücumları ilə bağlı Ukraynaya erkən xəbərdarlıq məlumatları ötürməyib. Bundan əlavə, Ukrayna dronlarının Rusiya ərazisindəki hədəfləri müəyyənləşdirməsinə kömək edən “SpaceX” şirkətinin “Starlink” peyk internet sisteminə məhdudiyyətlər tətbiq edildiyi bildirilir.

Bu addımların Ukraynanın müharibə imkanlarına təsir etdiyi qeyd olunur.

ABŞ-la münasibətləri gərginləşdirmək istəməyən Ukrayna Prezidenti Volodimir Zelenski isə dünən yaydığı açıqlamada Qərb müttəfiqlərinin susqunluğundan narazılığını ifadə edib. O, Trampın adını çəkmədən Rusiyanın hücumlarını davam etdirdiyini vurğulayıb.

“Oktyabrın 13-ü axşam saatlarında Rusiya Kiyevə ballistik raket atdı. Yenə də Qərb müttəfiqlərimizdən erkən xəbərdarlıq siqnalı almadıq. Beləliklə, Qərb müttəfiqlərimiz səssizcə izləyərkən Rusiya enerji infrastrukturuna hücum etməmək vədini bir daha pozdu. Dünya bunu görməlidir”, – deyə, Zelenski bildirib.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ