Hindistan Azərbaycana təşəkkür etdi


Hindistan Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) 2026–2028-ci illərdə sədrliyini davam etdirməsini alqışlayır.

Turkustan.az xəbər verir ki, bunu Hindistanın xarici işlər üzrə dövlət naziri Kirti Vardhan Sinqh bu gün Bakıda keçirilən AQEM-in VII Zirvə Görüşündə çıxışı zamanı bildirib.

O, sammitin yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə Azərbaycan rəhbərliyinə təşəkkür edib. Kirti Vardhan Sinqh AQEM-in Asiyada sülhün, dostluğun və rifahın möhkəmləndirilməsindəki rolunu yüksək qiymətləndirib.

O, Hindistanın inklüziv, məsləhətləşmələrə və konsensusa əsaslanan çoxtərəfli əməkdaşlığı dəstəklədiyini vurğulayıb./publika.az


MANŞET XƏBƏRLƏRİ