Britaniya Ukraynaya HHM tədarükünü sürətləndirəcək – Börnhem


Böyük Britaniyanın Baş naziri Endi Börnhem Ukrayna Prezidenti Volodimir Zelenskiyə Londonun Kiyevə dəstəyinin dəyişməz qalacağını və hava hücumundan müdafiə avadanlıqlarının tədarükünün sürətləndiriləcəyini bildirib.

Turkustan.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Britaniyanın baş naziri Zelenskini Dauninq-stritdə qarşılayarkən ölkəsinin Ukraynaya dəstəyinin davam edəcəyini vurğulayıb.

“Britaniyada hər kəsdən gördüyünüz həmrəyliyi və dəstəyi siz də hiss etdiniz. Biz sizin tərəfinizdəyik və bu, dəyişməyəcək”, – deyə, Börnhem bildirib.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ