İlon Mask: "Zelenskinin getmək vaxtıdır"


"SpaceX" və "X" sosial şəbəkəsinin sahibi, amerikalı milyarder İlon Mask Ukrayna Prezidenti Volodimir Zelenskinin vəzifəsindən istefa verməli olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, milyarder "X" platformasında istifadəçilərdən birinin Zelenskinin britaniyalı jurnalist Pirs Morqana verdiyi müsahibəyə dair paylaşımına reaksiya verib.

Həmin paylaşımda istifadəçi Ukrayna liderinin əsas qorxusunun müharibənin başa çatması və prezident seçkilərinin keçirilməsi olduğunu iddia edib.

İlon Mask bu şərhə cavab olaraq yazıb:

"Və beləliklə, qırğın davam edəcək. Zelenskinin getmək vaxtıdır."

Xatırladaq ki, bir qədər əvvəl — oktyabrın 10-da ABŞ Prezidenti Donald Tramp da jurnalistlərə müsahibəsində Zelenskinin hərbi vəziyyət bəhanəsi ilə təxirə saldığı prezident seçkilərini keçirməli olduğunu vurğulamış və onun münaqişəni çoxdan sülh sazişi ilə bitirmək imkanı olduğunu bildirmişdi./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ