Rumıniyada həyəcan: İki F-16 qırıcısı havaya qaldırıldı


14 oktyabr səhəri Rumıniya hava məkanına daxil olan hava hədəfi aşkarlanıb.

Turkustan.az xəbər verir ki, “Ukrinform”un məlumatına görə, bu barədə Rumıniya Müdafiə Nazirliyinin rəsmi saytında məlumat verilib.

Bildirilib ki, Rumıniyanın radar müşahidə sistemi ölkə sərhədinə yaxın ərazidə hərəkət edən hava hədəfi qeydə alıb.

Milli Hərbi Komandanlıq Mərkəzi Tulça qraflığının şərq və şimal hissələrində əhalinin xəbərdar edilməsi üçün tədbirlər görülməsinin vacibliyi barədə Baş Fövqəladə Hallar Müfəttişliyinə məlumat verib. Saat 10:19-da əhaliyə RO-Alert xəbərdarlıq mesajı göndərilib.

Bununla yanaşı, Borça aviabazasında yerləşən 86-cı hava bazasından Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus iki F-16 qırıcı təyyarəsi havaya qaldırılıb.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ