İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər


“ABŞ-nin İrana hərbi hücumları hakimiyyəti devirə bilməz, bu baxımdan ciddi dəyişiklik ehtimalı yalnız xalq küçələrə çıxdığı zaman gündəmə gələ bilər”.

Turkustan.az xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Əhməd Bəxşayeş Ərdəstani deyib.

“Ola bilsin, ABŞ yeni hücumlar zamanı komandirləri və ali rəhbərliyin yüksək vəzifəli nümayəndələrini öldürsün. Amma İranda bomba partladılarsa, cavab zərbəsi endirmək və İsraildəki obyektləri hədəfə almaq imkanı da var”, - deputat bildirib./teleqraf


MANŞET XƏBƏRLƏRİ