İran: ABŞ bəzi şərtlərimizi qəbul etdi


Tehran iddia edir ki, ABŞ İranın təqdim etdiyi bəzi şərtləri qəbul edib.

Turkustan.az xəbər verir ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bildirib ki, Vaşinqtonun qəbul etdiyi şərtlər Hörmüz boğazı ilə bağlı razılaşma əldə etmək üçün kifayət deyil.

Turkustan.az xəbər verir ki, Rzayi ABŞ-ın İranın Hörmüz boğazının açılması ilə bağlı irəli sürdüyü yeddi şərtdən bəzilərini qəbul etdiyini bildirib.

O, ABŞ-da yerləşən “X” sosial media platformasındakı hesabında İranın təklifləri ilə bağlı açıqlama verib.

Rzayi Vaşinqtonun bəzi şərtləri qəbul etməsinə baxmayaraq, verilən cavabı qeyri-kafi hesab etdiklərini vurğulayıb. O, “İran diplomatiyası dəyişib və biz əvvəlki vəziyyətə qayıtmayacağıq” deyə, qeyd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ