İsrailin Baş naziri Benyamin Netanyahunun İran, eləcə də Qəzza zolağı və Livanla bağlı gərginliyin artması ehtimalını müzakirə etmək üçün təhlükəsizlik iclası keçirdiyi bildirilir.
Turkustan.az xəbər verir ki, “The Times of Israel” qəzeti İsrail rəsmisinə istinadən Netanyahunun Təl-Əvivdə yerləşən Kirya Hərbi Bazasında təhlükəsizlik rəsmilərini bir araya topladığını yazıb.
Məlumata görə, müdafiə naziri Yisrael Katzın da iştirak etdiyi görüşdə İranla gərginliyin artması ehtimalı qiymətləndirilib. Həmçinin İsrail ordusunun atəşkəs razılaşmalarına baxmayaraq hücumlarını davam etdirdiyi Qəzza zolağı və Livandakı vəziyyətin müzakirə olunacağı bildirilib.
Qeyd edək ki, görüş Yəməndəki husilərin günün əvvəlində Səudiyyə Ərəbistanına hücumlara başlaması barədə məlumatların yayıldığı vaxt keçirilib.
Aytən Yaşar/ Turkustan.az