Tramp: Rusiya və Ukrayna enerji atəşkəsinə razılaşdı


ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında enerji sahəsində atəşkəs əldə olunduğunu və razılaşmanın dərhal qüvvəyə mindiyini bildirib.

Turkustan.az xəbər verir ki, Tramp sosial media hesabında paylaşım edərək tərəflərin enerji atəşkəsi ilə bağlı razılığa gəldiyini vurğulayıb.

“Rusiya ilə Ukrayna arasındakı müharibədə enerji atəşkəsi elan edilib. Hər iki tərəf razılaşıb ki, onu pozmasın”, – deyə Tramp qeyd edib.

Avropa İttifaqı da enerji atəşkəsini dəstəkləyən bəyanat yayıb. Aİ Komissiyasının sədri Ursula fon der Leyen Rusiya ilə Ukrayna arasında enerji infrastrukturunu və qlobal ərzaq tədarükünü qoruyacaq atəşkəsə dəstəyini ifadə edib.

Trampın açıqlaması Ukraynanın Rusiyanın enerji infrastrukturuna hücumları ilə bağlı müzakirələrin davam etdiyi bir vaxtda səsləndirilib. ABŞ Prezidenti Ukrayna Prezidenti Volodimir Zelenskini davam edən hücumlara görə tənqid edərək, Ukraynanın yeni prezident seçməsinin vaxtı çatdığını düşündüyünü bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ