Rusiya Prezidenti Vladimir Putinlə heykəltəraş və rəssam Daşi Namdakov arasında baş tutan maraqlı söhbət gündəm olub.
Turkustan.az xəbər verir ki, bu barədə rəssam özü “RİA Novosti”yə danışıb.
Söhbət dövlət başçısının səfəri zamanı Buryatiyanın görməli yerlərinin müzakirəsi zamanı baş tutub.
Heykəltəraşın sözlərinə görə, Ulan-Ude yaxınlığındakı Tapxar yaylasında yeni turizm marşrutunun yaradılmasından danışarkən o, bu məkanı Tanrının yaratdığını deyib və bunun yanlış olduğunu etiraf edib.
Belə ki, Putin ona belə cavab verib: “Əslində, hər şeyi Tanrı yaradıb”.
Söhbət Buryatiyanın İvolqa rayonunda açılması planlaşdırılan “Çingiz xanın qərargahı” adlı ekoloji cığırdan gedir.
Layihə “Uzaq Şərqin cığırları” federal proqramı çərçivəsində hazırlanıb və təbii mənzərələri, müasir incəsənəti, eləcə də buryat mədəniyyətinin elementlərini birləşdirir.
Cığırda Daşi Namdakovun hazırladığı Şərq təqviminin müqəddəs heyvanlarını əks etdirən 12 heykəl nümayiş etdiriləcək.
Xatırladaq ki, avqustun 10-da Vladimir Putin Buryatiyaya səfər edib. O, şəhər mühitinin planlaşdırılması və Uzaq Şərq şəhərlərinin inkişafı ilə məşğul olan aparıcı mütəxəssislər və urbanistlərlə görüşüb. İştirakçılar arasında Daşi Namdakov da olub./Globalinfo.az