1995-ci ildə törətdiyi qətlə görə ABŞ-da ölüm hökmünə məhkum edilən Krista Payk uğursuz edam cəhdindən sonra müalicə aldığı xəstəxanadan çıxarılaraq yenidən həbsxanaya köçürülüb.
Turkustan.az xəbər verir ki, Tennessi ştatında sentyabrın 30-da iki dozada ölümcül dərman verilən 50 yaşlı Payk sağ qalıb. Müalicəsini başa vurduqdan sonra o, yenidən həbsxanaya qaytarılıb.
Vəkilləri oktyabrın 10-da verdikləri açıqlamada Paykın xəstəxanadan çıxarıldığını və həbsxanaya aparıldığını bildiriblər.
Paykı təmsil edən vəkillərin mətbuat açıqlamasında qeyd olunub ki, baş verən fövqəladə hadisəyə baxmayaraq, müvəkkilləri Deborah K. Johnson Reabilitasiya Mərkəzində tibbi yardım almağa davam edir.
Vəkillərin sözlərinə görə, Paykın sağalma prosesi izləniləcək. Onun mümkün uzunmüddətli idrak pozuntularının qiymətləndirilməsi isə aylarla davam edə bilər.
Payk göstərilən tibbi yardıma görə təcili yardım xidmətlərinə və tibb işçilərinə minnətdarlığını bildirib. Bununla belə, onun hazırkı sağlamlıq vəziyyəti ilə bağlı əlavə məlumat açıqlanmayıb.
Aytən Yaşar/ Turkustan.az