Xankəndidə müasir teleqüllə ucaldılır - Yeni görüntülər


Xankəndi şəhərinin yaxınlığında, Şuşa ilə üzbəüz mövqedə inşa olunan müasir teleqüllənin tikintisi davam edir.

Turkustan.az xəbər verir ki, dəniz səviyyəsindən 1 596 metr yüksəklikdə inşa edilən teleradio yayımı stansiyasının qülləsinin hündürlüyü 128 metr olacaq.

Layihənin həyata keçirilməsi Qarabağ və Şərqi Zəngəzur regionlarında televiziya və radio yayımlarının əhatə dairəsinin genişləndirilməsinə imkan verəcək./oxu.az


MANŞET XƏBƏRLƏRİ