ABŞ Prezidenti Donald Tramp Tennessi ştatının Klarksvill şəhərində keçirilən mitinqdə tərəfdarlarının onun ən absurd fikirlərini belə alqışlayacağını deyib. Bu sözlər auditoriyada gülüş və gurultulu alqışlarla qarşılanıb.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp tərəfdarlarına müraciət edərək deyib:
"Mən ən axmaq sözləri deyə bilərdim, siz isə sadəcə əl çalardınız".
Auditoriyanın gülüş və alqışlarından sonra Tramp əlavə edib: "Bu, həqiqətdir".
Daha sonra fikrinə aydınlıq gətirən Tramp administrasiyasının axmaq fikirlər səsləndirmədiyini, əksinə, məntiqli və sağlam düşüncəyə əsaslanan fikirlər ifadə etdiyini bildirib.
"Biz məntiqli və mənalı fikirlər səsləndiririk", - deyə o vurğulayıb.