Sudanda qızıl mədəninə hava hücumu: 72 nəfər öldü


Sudanda Misir-Sudan sərhədində yerləşən qızıl mədəninə hava hücumu nəticəsində 72 nəfərin öldüyü iddia edilir.

Turkustan.az xəbər verir ki, Sudanda fəaliyyət göstərən “Emergency Lawyers” insan haqları təşkilatı Misir Hərbi Hava Qüvvələrinin dünən sərhəd bölgəsindəki qızıl mədəninə zərbə endirdiyini açıqlayıb.

Təşkilat hücum nəticəsində 72 mədənçinin həyatını itirdiyini bildirib.

Sudan Həkimləri Şəbəkəsi də əraziyə hava hücumu edildiyini təsdiqləyən açıqlama yayıb. Lakin bəyanatda hücuma görə məsuliyyət daşıyan tərəf barədə ətraflı məlumat verilməyib. Şəbəkə çoxsaylı insanın öldüyünü qeyd edib.

Hələlik heç bir tərəf hücuma görə məsuliyyəti öz üzərinə götürməyib. Hava zərbəsində istifadə edildiyi iddia olunan döyüş təyyarəsinin növü barədə də məlumat açıqlanmayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ