Ərdoğandan dünyaya mesaj: Türkiyə lazım gələrsə...


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Beynəlxalq Ədalət Zirvəsində çıxış edərək qlobal sistemin ədalət anlayışını tənqid edib, Qəzzada baş verənlərə və beynəlxalq ictimaiyyətin İsrailə qarşı yetərli reaksiya göstərməməsinə diqqət çəkib.

Turkustan.az xəbər verir ki, Ərdoğan beynəlxalq humanitar hüquq, enerji keçidi, rəqəmsal dünyada ədalət və miqrasiyanın idarə olunması kimi məsələlərin müasir dünya üçün böyük əhəmiyyət daşıdığını bildirib.

O, zirvənin ədalət, qanunun aliliyi və beynəlxalq əməkdaşlıq sahələrində ortaq mövqenin formalaşmasına, müxtəlif hüquq sistemləri arasında dialoqun güclənməsinə töhfə verəcəyinə ümid etdiyini vurğulayıb.

Ərdoğan Türkiyənin çətinliklərlə üzləşsə belə, ona ümid bağlayanları və haqsızlığa məruz qalanları tək qoymayacağını bəyan edib.

“Türkiyə lazım gələrsə, çətinliklərə dözəcək, amma ümidini ona bağlayanlara və haqsızlığa uğrayanlara arxa çevirməyəcək”, – deyə, prezident bildirib.

Aytən Yaşar / Turkustan.az


MANŞET XƏBƏRLƏRİ