14 şagird dərsdə hazırladıqları qidadan zəhərləndi


Beyləqan rayonunda zəhərlənmə şübhəsi ilə 14 nəfər (7 qadın cinsli, 7 kişi cinsli) 09.10.2026-cı il tarixində saat 12:00 radələrində Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlara ilkin tibbi xidmət göstərilib: "Hazırda müalicələri tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir".

***

14:46

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb.

Bu barədə AQTA-dan məlumat verilib.

Bildirilib ki, ilkin araşdırmaya əsasən, hadisə şagirdlərin "Texnologiya" dərsi zamanı özləri hazırladıqları qidanı istehlak etdikdən sonra baş verib.

Şagirdlərə müvafiq tibb müəssisəsində yardım göstərilir.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

***

Qafqazinfo-nun məlumatına görə, hadisə rayonun Eyvazallar kənd Fəxrəddin Quliyev adına tam orta məktəbin 7A sinfində baş verib.

Məktəbin müəllimi Texnologiya dərsi zamanı şagirdlərə hamburger hazırlamağı öyrədib. Hazırladıqları qidanı yedikdən sonra 14 şagirdinin halı pisləşib. Məktəblilər Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılan şagirdlər bunlardır:

1. Abbaslı Mehri Vəfalı qızı - 22.10.2014

2. Abbaslı Zəhra Salman qızı - 25.04.2014

3. Əsədzadə Sənan Tapdıq oğlu - 31.12.2014

4. Kamallı Pünhan Nəsimi oğlu - 04.06.2014

5. Qasımlı Sevgi Ənvər qızı - 13.04.2014

6. Quliyev Ömər Elçin oğlu - 06.06.2014

7. Quliyev Rasim Fuad oğlu - 23.03.2014

8. Quluzadə Əsnat Səhər qızı - 06.07.2014

9. Məmmədli Ayan Əmir qızı - 29.07.2014

10. Mirzəzadə Əli Emin oğlu - 07.02.2014

11. Nasirova Eva Axmedovna - 21.02.2013

12. Nasirova Milana Axmedovna - 21.02.2013

13. Salmanlı Behbud Samir oğlu - 01.05.2014

14. Sarıyev Ömər Adət oğlu - 18.05.2014

Faktla bağlı araşdırma başlanıb.





MANŞET XƏBƏRLƏRİ