Nobel Sülh Mükafatı Navanethem Pillaya verildi


Nobel Sülh Mükafatı laureatı məlum olub.

Turkustan.az xəbər verir ki, builki mükafat Navanethem Pillaya (Navi) verilib.

O bu mükafata sülhün və beynəlxalq hüququn təşviqi istiqamətində göstərdiyi səylərə görə layiq görülüb.

Qeyd edək ki, 85 yaşlı Navanethem "Navi" Pillay hind mənşəli Cənubi Afrikalı hüquqşünas, hakim və BMT-nin keçmiş yüksək vəzifəli rəsmisidir. O, CAR-da aparteid rejimi dövründə Natal əyalətində hüquq firması açan ilk qara dərilı qadın olub. Nelson Mandela daxil olmaqla, rejimlə mübarizə aparan çoxsaylı siyasi məhbusların müdafiəçisi kimi tanınıb.

2021-ci ildən BMT-nin İşğal olunmuş Fələstin Əraziləri üzrə Müstəqil Beynəlxalq Araşdırma Komissiyasına rəhbərlik edir./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ