Moskva və Kiyev üçün ayrı-ayrı dəhliz: Türkiyədən unikal həll yolu


Türkiyə hakimiyyəti Qara dənizdə kommersiya gəmiçiliyinin təhlükəsizliyini təmin etmək üçün təşəbbüs irəli sürüb.

Turkustan.az xəbər verir ki, "Milliyet" qəzetinin məlumatına görə, plana əsasən, Rusiya və Ukrayna mülki gəmiləri üçün ayrı marşrutlar yaradılmalıdır.

Türkiyənin təklifinə əsasən, Ukrayna limanlarından üzən gəmilər üçün Rumıniya və Bolqarıstan sahilləri boyunca Bosfor boğazına təhlükəsizlik dəhlizi açılacaq. Rusiya ticarət gəmiləri üçün marşrut Gürcüstan və Türkiyə sahilləri boyunca olacaq.

Türkiyənin xarici işlər naziri Hakan Fidan münaqişə tərəflərinə yeni səyahət marşrutlarının yaradılması təşəbbüsünü çatdırıb. Qəzetin məlumatına görə, Moskva və Kiyev hələlik təklif olunan şərtlərə "dəqiq cavab" verməyiblər./publika.az


MANŞET XƏBƏRLƏRİ