İran üçün DƏHŞƏTLİ PLAN masada: Tramp 3 günlük zərbə əmri VERİR – ŞOK TƏFƏRRÜATLAR


ABŞ hərbçiləri prezident Donald Trampa İrana potensial zərbələrlə bağlı yeni plan təqdim ediblər.

Əməliyyat planı İslam Respublikası ərazisinin 80 kilometrliyinədək dərinlikdə zərbələrin endirilməsini nəzərdə tutur.

Turkustan.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı ABŞ-nin yüksəkrütbəli hərbi mənbəyinə istinadən məlumat yayıb.

Mənbənin verdiyi məlumata görə, "Trampa İranın sahil xətti boyunca 50 kilometrdən 80 kilometrədək dərinlikdə yerləşən hərbi obyektlərinə zərbələr endirilməsi ilə bağlı təkliflər təqdim olunub".

Həmin mənbə hazırda ABŞ-nin "İran gəmiləri və limanlarının blokadaya alınmasına diqqət yetirdiyini" də dəqiqləşdirib.

"The New York Times" qəzeti də öz mənbələrinə istinadən yazır ki, ABŞ prezidenti Donald Tramp keçən həftə milli təhlükəsizlik üzrə müşavirlərinin keçirdiyi iclasın yekunlarına əsasən ona təqdim edilən yeni hərbi əməliyyat planını nəzərdən keçirir.

Məlumata görə, bu plan "təxminən üç gün davam edəcək qısamüddətli, lakin intensiv kampaniya"nın keçirilməsini nəzərdə tutur.

NYT-nin həmsöhbətlərinin sözlərinə görə, dövlət başçısı noyabrın 3-nə təyin edilmiş aralıq seçkilərinədək zərbələrin başlanmayacağını bəyan etməsinə baxmayaraq, hazırda Pentaqon tərəfindən hazırlanmış planları nəzərdən keçirir. Bu planlar İranın pilotsuz uçuş aparatları və raket cəbbəxanalarına, energetika infrastrukturu obyektlərinə və digər hərbi hədəflərə zərbələr endirilməsini nəzərdə tutur.

ABŞ rəsmilərinin bildirdiyinə görə, son aylar ərzində hüquq-mühafizə və təhlükəsizlik strukturlarının nümayəndələri artıq beş dəfə İrana və ya onun dəstəklədiyi Yəmən husilərinə qarşı genişmiqyaslı əməliyyatların keçirilməsini təklif ediblər, lakin Tramp hər dəfə bu təklifləri rədd edib.

Xatırladaq ki, bundan əvvəl "The New York Times" (NYT) qəzeti Trampın münaqişənin fəal fazaya qayıtması perspektivləri ilə bağlı ziddiyyətli bəyanatlarına baxmayaraq, ABŞ hərbçilərinin İrana qarşı tammiqyaslı hərbi əməliyyatların bərpa olunması variantları üzərində işlədiyini xəbər verib.

NYT-nin məlumatına görə, yaxın vaxtlarda Yaxın Şərqə üç təyyarədaşıyan gəmi cəlb ediləcək./Musavat.com


MANŞET XƏBƏRLƏRİ